EN

Kamran Ağayev və Emin Mahmudovun keçmiş klubu peşəkar statusunu itirəcək

"Boavişta" Portuqaliyada Liqa 2-nin iştirakçısı kimi qeydiyyatdan keçə bilməyib.

İdman.biz xəbər verir ki, Porto şəhəri təmsilçisinin peşəkar statusunu itirəcəyi bildirilir.

2001-ci ildə Portuqaliya çempionu olan "Boavişta" hazırda maliyyə problemləri yaşayır və ötən mövsüm Primeirada sonuncu - 18-ci yeri tutaraq yüksək liqada yerini itirib.

Qeyd edək ki, 2016/17 mövsümündə "Boavişta"nın heyətində Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudov çıxış edib.

İdman.biz

Chosen
11
1
idman.biz

2Sources