Valideynləri ən çox maraqlandıran suallardan biri də uşağa baxmaq üçün məzuniyyət götürdükdə nə qədər müavinət ala biləcəyidir.
“Cebheinfo.az” xəbər verir ki, hüquqşünas Nurtac Xəlilova bu barədə danışıb. O bildirib ki, Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşaq 3 yaşına çatanadək ona baxan valideyni və yaxud ailə üzvü qismən ödənişli sosial məzuniyyət götürə bilər:
"Bu məzuniyyətdə olanlara uşaq bir yaş yarıma qədərdirsə, ayda 44 manat, əgər uşaq bir yaş yarımdan 3 yaşa qədərdirsə, ayda 28 manat məbləğində müavinət verilir".