EN

Azərbaycan bölgəyə işıq saçır: “8 Noyabr” enerji körpüsü olacaq

Sherg.az saytına istinadən ain.az xəbər verir.

İyunun 24-də ölkəmizin enerji sektorunda əlamətdar hadisə yaşandı. Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib.

Prezident İlham Əliyev sözügedən açılış mərasimindəki çıxışında diqqəti bəzi məsələlərə yönəldərək bildirib ki, bu ölkələrə çoxsaylı səfərləri nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib.

Ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək “8 Noyabr” Elektrik Stansiyasının açılışı da Azərbaycanın gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Dövlət başçısının da qeyd etdiyi kimi, bu stansiya Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda ölkəmizin elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva da Sherg.az-a açıqlamasında “8 Noyabr” Elektrik Stansiyasının açılışının Azərbaycanın enerji sektorunda mühüm dönüş nöqtəsi olduğunu deyib. Deputatın sözlərinə görə, Mingəçevirdə yerləşən “8 Noyabr” Elektrik Stansiyası yeni termik enerji layihəsidir və Azərbaycanın enerji sistemində strateji əhəmiyyət kəsb edir: 

"Bu stansiya ilə Mingəçevir Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da gücləndirir, ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 40 faizi buradan qarşılanır. Bu layihə Azərbaycan üçün strateji sərmayədir, həmçinin İtaliya və Çin şirkətlərinin bu layihəyə cəlb edilməsi beynəlxalq əməkdaşlığın göstəricisidir. Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tarixi 1970-ci illərə gedib çıxır. 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsas bloklar tikilib və 1981-ci ildə istismara verilib. Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı ölkəmizin uğurlar əldə etməsinə imkan yaradır. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyulub, 2020-ci il iyunun 25-də stansiyaya yeni həyat verilib. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur”.

P.Vəliyeva qeyd edib ki, təxminən iki il ərzində ərsəyə gələn belə bir nəhəg layihənin qısa müddətdə istifadəyə verilməsi Azərbaycanda mövcud olan energetika bazasının, kadr təcrübəsinin və energetiklərin peşəkarlığının və eləcə də ölkəmizlə əməkdaşlıq edən İtaliya və Çin şirkətlərinin töhfələrinin nəticəsidir ki, ölkəmiz bu böyük uğurun qazanılmasına və həyata keçirilməsinə nail olub:

 “Bu layihə Azərbaycanın “Yaşıl enerji” strategiyasının tərkib hissəsidir. Ölkəmizin alternativ və bərpa olunan enerji imkanlarının geniş olması gələcəkdə külək və günəş enerjisi ilə təchiz olunmuş layihələr, enerji ixracı və saxlama sistemləri ilə bağlı beynəlxalq əməkdaşlıqların da artacağından xəbər verir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
6
sherg.az

7Sources