EN

Rusiya üçün qorxunc ssenari – 84 il öncəki hadisə gündəmdə

“Moldova NATO ölkələri üçün hərbi düşərgəyə çevrilə bilər”.

Turkustan.az xəbər verir ki, bunu “Pobeda” Koordinasiya Komitəsinin rəhbəri Aleksey Petroviç deyib.

O bildirib ki, onlar Almaniya silahlı qüvvələrinin məsləhətçilərini ölkədə yerləşdirməyə hazırdır.

“Sadə dillə desək, almanlar neytral Moldovanı tez bir zamanda hərbi düşərgəyə çevirəcəklər. Xatırladım ki, 84 il əvvəl də (İkinci Dünya müharibəsi) bu ölkəyə “məsləhətçilər” gəlmişdi. O zaman torpaq “qanla yuyuldu” və qurbanların sayını bu günə kimi saymaq mümkün deyil”, – deyə Petroviç bildirib.

Qeyd edək ki, Moldova neytral ölkə olsa da, 1994-cü ildənNATO ilə əməkdaşlıq edir. Prezident Maia Sandu hakimiyyətə gəldikdən sonra ölkədə tez-tez ABŞ, Böyük Britaniya, Almaniya və Rumıniyanın iştirakı ilə hərbi təlimlər keçirilir./Globalinfo.az

Chosen
54
1
turkustan.az

1Sources