EN

Qvardiola Braziliya klublarının DÇ-də uğurunu şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Braziliya klublarının 2025-ci il Dünya Kubokunda uğurunu şərh edib.

Arena.az BBC-yə istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Cənubiamerikan komandaları, xüsusilə Braziliya klubları klublararası dünya çempionatında, ola bilsin ki, daha yaxşı formadadırlar, çünki onların daxili yarışlarının orta mərhələsi gedir. Digər komandalar, xüsusilə Avropa klublar artıq, mövsümün əvvəlində və ya sonundadırlar, nəticəsini də siz görürsünüz”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, Braziliyanın hər dörd təmsilçisi – “Palmeyras”, “Botafoqo”, “Flamenqo” və “Fluminense” yarışın 1/8 final mərhələsinə adlayıblar.

Əlavə edək ki, Argentinanın hər iki nəhəngi – “Boka Xuniors” və “River Pleyt” yarışın qrup mərhələsini adlaya bilməyib və biabır olublar.

Chosen
18
arena.az

1Sources