EN

"Arsenal" 5 milyona "Çelsi"dən qapıçı alır

BAKI, 26 iyun. TELEQRAF

İngiltərə təmsilçisi “Çelsi”nin ispaniyalı qapıçısı Kepa Arrisabalaqa “Arsenal”a keçidin bir addımlığındadır.

Teleqraf xəbər verir ki, bu barədə İnsayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 31 yaşlı qolkiper “topçular”la müqavilə imzalamazdan əvvəl - martın 25-də tibbi müayinədən keçib.

“Arsenal” futbolçunun transfer hüququnu almaq üçün 5 milyon funt-sterlinq dəyərində satınalma opsiyasını aktivləşdirəcək.

Qeyd edək ki, ötən mövsüm Kepa Arrisabalaqaicarə əsasında “Bornmut”da çıxış edib. O, 35 oyunda 43 qol buraxıb və 9 matçda qapısını toxunulmaz saxlayıb.

Chosen
16
teleqraf.com

1Sources