
Macarıstan millisinin müdafiəçisi Miloş Kerkes İngiltərənin “Bornmut” klubundan Premyer Liqa çempionu “Liverpul”a keçib.
Yeniavaz.comxəbər verir ki, bu barədə klubun rəsmi səhifələrində məlumat dərc olunub.
21 yaşlı futbolçunun “Liverpul”la uzunmüddətli müqavilə imzaladığı bildirilir.
Qeyri-rəsmi məlumatlara görə, Kerkesin transfer qiyməti 40 milyon avro olub.