Bu gün Stas Pokatilovla müqaviləni yeniləyən "Sabah" daha bir futbolçu ilə bağlı bəyanat yayıb.
Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisi yarımmüdafiəçi Anatoli Nuriyevlə yeni sözləşmə imzalayıb. 29 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi daha bir il müddətinə uzadılıb.
Azərbaycan millisinin üzvü olan futbolçu 2022-ci ildən “Sabah”ın heyətində çıxış edir. O, bu müddət ərzində "bayquşlar heyətində 105 oyun keçirib və 12 qol vurub.