Yaxın gələcəkdə sülh müqaviləsini müzakirə etmək üçün Bakı ilə yeni təmaslar mümkündür.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
Diplomat sazişin imzalanması prosesinin dalana dirəndiyinə inanmır: "Müzakirələr davam edir. Ermənistan tərəfi müsbət fikirdədir və yeni görüşün keçirilməsinin tərəfdarıdır".
Qeyd edək ki, sülh müqaviləsinin mətni üzərində iş 2022-ci ilin martında, Azərbaycan Ermənistana beş bənd təqdim edəndən sonra başlayıb. Daha sonra İrəvan öz təkliflərini göndərib. Üç il ərzində tərəflər bir-birinə 10-dan çox təklif paketi göndəriblər. Nəticədə, 13 mart 2025-ci ildə tərəflər bütün sənəd üzərində razılığa gəldiklərini elan ediblər.