EN

Xamenei "12 günlük müharibə"dən sonra ilk bəyanatla çıxış edəcək

İranın ali dini lideri Əli Xamenei İsraillə münaqişənin sona çatmasından və ABŞ-ın İranın nüvə obyektlərini bombalamasından sonra ilk bəyanatını verməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

"İranın ali dini lideri Ayətullah Xameneinin üçüncü mesajı bir neçə dəqiqə ərzində açıqlanacaq", - bəyanatda deyilir.

İsrail iyunun 13-nə keçən gecə İranı gizli hərbi nüvə proqramını həyata keçirməkdə ittiham edərək ona qarşı əməliyyata başlayıb. Təxribat qruplarının havadan bombardmanlarının və basqınlarının hədəfi nüvə obyektləri, generallar, görkəmli nüvə fizikləri və hava bazaları idi.

İran ittihamları rədd edib və öz hücumları ilə cavab verib. İyunun 22-nə keçən gecə ABŞ-ın İranın nüvə obyektlərinə birdəfəlik hücumuna qoşulması ilə iki tərəf 12 gün ərzində bir-birinə zərbələr mübadiləsi aparıb. Bundan sonra Tehran iyunun 23-ü axşam saatlarında Qətərdəki ABŞ-ın Əl-Udeyd bazasına raket zərbələri endirib və İran tərəfinin daha da gərginləşdirmək niyyətində olmadığını bəyan edib.

Chosen
7
publika.az

1Sources