EN

"Neftçi" daha bir legioneri göndərməyi planlaşdırır

Mövsüm başa çatdıqdan sonra 12 futbolçu ilə yollarını ayırmış "Neftçi" daha bir neçə oyunçunun gedişinə çalışır.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Alfa Konteni də yola salmaq barədə düşünür.

Hazırda syerre-leonalı futbolçu ilə danışıqlar davam edir.

Klub onun qüvvədə olan müqaviləsinə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında xitam verməyi planlaşdırır.

25 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2024-cü il yanvarın 16-da “Lokomotiv”dən(Plovdiv) “Neftçi”yə keçib. Konte “Sentral Parade”(Syerre-Leona), “Umm al-Fam”, “Rişon Le-Tzion”(hər ikisi İsrail) klublarında çıxış edib.

İdman.biz

Chosen
1
2
idman.biz

3Sources