EN

Arxiyepiskop Baqrat Qalstanyan DTK-nın zirzəmisinə köçürüldü

BAKI, 26 iyun. TELEQRAF

Arxiyepiskop Baqrat Qalstanyan DTK-nın binasında yerləşən İrəvan-Kentron cəzaçəkmə müəssisəsinə köçürülüb.

Teleqraf xəbər verir ki, bu barədə arxiyepiskop Baqratın vəkili Sergey Arutyunyanerməni mətbuatına müsahibəsində bildirib.

Vəkilin sözlərinə görə, bundan əvvəl xəbər verilmişdi ki, dünən səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs mübarizə” hərəkatı tərəfdarlarının evlərində, o cümlədən arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında axtarışlara başlayıb. Baş yepiskop Baqrat saxlanılıb, sonra həbs edilib:

"Bundan əlavə, İqor Sarkisyanın, Vardan Avaqyanın, Artaşes Hunanyan və Varazdat Amiraqyanın mənzillərində axtarışlar aparıldığı qeyd edilib.

“Dirçəli Ermənistan” partiyasının lideri Vahe Akopyanın evində də axtarış aparılıb. Onun həyat yoldaşı saxlanılıb.

İstintaq Komitəsi həmçinin “Müqəddəs Mübarizə” iştirakçılarının və liderlərinin Ermənistanda terror aktları planlaşdırdığı barədə bəyanat yayıb. Planlaşdırmada keçmiş polis zabitləri və hərbçilər də daxil olmaqla bir sıra insanlar iştirak edib. İstintaq Komitəsi bir sıra gizli səsyazışmalarını dərc edib. Qeyd edək ki, bütün “plan” ötən ilin yayına təsadüf edir, lakin hakimiyyət bunu ancaq indi açıqlayıb.

Dünən isə baş nazir özünün Facebook səhifəsində “Müxalifətin çevriliş planı” başlıqlı yazı dərc edərək yazıb: “Bu proses “fırıldaqçıların uğursuz çevrilişi” kimi tarixə düşəcək”.

Chosen
28
teleqraf.com

1Sources