EN

“Azərbaycanla danışıqlar dalana dirənməyib” Ermənistan XİN

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar dalana dirənməyib, dialoq davam edir”.

Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinq zamanı deyib.

“Mən bu prosesi dalana dirənmiş hesab etməzdim, çünki belə qiymətləndirmə üçün mütləq danışıqların tam dayanması tələb olunur. Halbuki, hazırda müzakirələr davam edir. Ümid edirəm ki, Ermənistan və Azərbaycan nümayəndələri yaxın zamanda sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəklər”, – deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
yeniavaz.com

1Sources