EN

Elxan Şahinoğlu: Putin Trampın mövqeyindən məmnundur

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 Kreml sahibi İrana görə Trampla münasibətləri korlamayacaq

İranın xarici işlər naziri Abbas Araqçi Kremldə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı görüş keçirdiyini bildirib. Görüş zamanı nazir Rusiya liderinə İsrail və ABŞ-nin hücumları barədə ətraflı danışıb. Araqçi vurğulayıb ki, region, beynəlxalq ictimaiyyət və nüvə silahlarının yayılmaması ümumi narahatlıqdır: "Rusiya da bütün bunlardan narahatdır. Bütün beynəlxalq məsələlərdə biz sıx əməkdaşlıq etdik və bir-birimizin mövqeyini dəstəklədik".

Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin ali dini lideri Əli Xamaneyinin məktubunu da Rusiya Prezidenti Vladimir Putinə təqdim edib. Məktubun mətni açıqlanmasa da, aydındır ki, Əli Xamaneyi Putindən İrana dəstəyin artırılmasını istəyib:

 "Tehranın Moskvadan bir neçə gözləntisi var. Birincisi, Tehran Rusiyanın beynəlxalq təşkilatlarda ABŞ və İsrailə qarşı təzyiqini artıracağına ümid edir. İkincisi, Tehran yanvarda iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq çərçivəsində Rusiyanın İrana hərbi dəstəyini artırmasını istəyir. Tehranın Rusiyadan olan gözləntilərinin reallaşması problematikdir. Əlbəttə, Rusiya Çinlə birlikdə BMT-də ABŞ və İsrailin İrana qarşı hücumlarını dayandırmaq üçün müxtəlif təşəbbüslər irəli sürəcək. Ancaq Kreml bundan artığını İran üçün etməyəcək. Rusiya ABŞ və İsraillə savaşmaq üçün İrana raketlər və digər hərbi texnika verməyəcək. Birincisi, ABŞ və İsrail həmin texnikanı İrana çatdırılma yolunda vuracaq. Digər tərəfdən Vladimir Putin amerikalı həmkarı Donald Trampla Ukrayna mövzusunda dialoq içindədirlər. Putin Trampın mövqeyindən məmnundur. Ona görə də Kreml sahibi İrana görə Trampla münasibətləri korlamayacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
sherg.az

1Sources