EN

Ağstafada 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bayram konserti təşkil olunub

Ağstafa Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ağstafa şəhər Heydər Əliyev Mərkəzinin həyətindəki açıq konsert meydanında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində Xalq Çalğı Alətləri Orkestrinin konsert proqramı təqdim edilib. Konsertdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Respubilikasının Mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirliyin əməkdaşları,rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ərazisində yerləşən hərbi hissələrdən əsgər və zabit heyəti, məsul şəxlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Seymur Orucov çıxışında hərkəsin bayramını təbrik edərək qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun xalqımıza bəxş etdiyi şanlı Zəfər, tarixi ədalətin bərpası Ulu Öndər Heydər Əliyevin siyasətinin təntənəsidir. Artıq Ümummilli Liderin ideyalarının təzahürü olan müasir, qalib və qüdrətli Azərbaycan sosial-iqtisadi tərəqqisi, hərbi gücü, günü-gündən artan beynəlxalq nüfuzu, milli həmrəyliyinin möhkəmləndirilməsi ilə yeni zirvələrə doğru inamla irəliləməkdədir. Konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq olub.

image-img-20250626-wa0061image-img-20250626-wa0060image-img-20250626-wa0059image-img-20250626-wa0058image-img-20250626-wa0057image-img-20250626-wa0056

Chosen
14
50
moderator.az

10Sources