2025-ci ilin yanvarından "Sabah"ın formasını geyinən Stas Pokatilovla müqavilə yenilənib.
Offsideplus.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü daha bir il "bayquşlar"ın formasını geyinəcək. Pokatilov ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti daha bir il uzadılıb.
Qeyd edək ki, qolkiper son mövsümdə "Sabah"ın heyətində ümumilikdə 19 oyun keçirib.