EN

Belçika: ABŞ və Aİ artıq Ukrayna məsələsində birləşmir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

NATO-nun Haaqa sammiti göstərdi ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynaya münasibətdə fikir ayrılığına düşüb.

Bizimyol.info xəbər verir ki, bunu Belçikanın Baş naziri Bart De Vever Aİ-nin Brüssel sammitinə gələrkən deyib.

Onun sözlərinə görə, Aİ hələ ki, “Ukrayna üzrə danışıqlar prosesindən kənarlaşdırılmayıb”, lakin “Aİ və ABŞ-ın Ukraynaya münasibətdə daha eyni fikirdə olmadığı aydındır”. “Aydındır ki, Ukraynaya dəstək Avropada ABŞ-dan daha güclüdür”, - deyə o əlavə edib ki, hazırda Avropada hərbi resurslar yoxdur.

"Avropa bunu nəzərə almalı və nəticə çıxarmalıdır ki, strateji cəhətdən daha da güclənməlidir. Əgər biz güc vasitəsilə sülh istəyiriksə, bizə daha çox güc lazımdır və Avropada çatışmayan budur. Ona görə də hazırda ABŞ-ın müəyyən dəstəyini saxlamaq çox vacibdir", - deyə o qeyd edib.

Eyni zamanda, Avropanın “gücə ehtiyacı olduğunu” bildirən De Vever “Belçikanın hərbi xərclərin yüksək səviyyədə olmasından narazılığını” ifadə edib. NATO-nun Haaqa sammitində onların hədəfi 2035-ci ilə qədər alyans ölkələrinin əldə etməli olduğu ÜDM-in 5%-i səviyyəsində müəyyən edilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
icma.az

1Sources