EN

Çin XİN: AİP ölkələri NATO-nun bölgədəki təsirindən narahatdır- ÖZƏL

Asiya-Sakit Okean bölgəsinin (AİP) ölkələri NATO-nun bu regionda nüfuz dairəsini genişləndirməsi ilə bağlı ayıq-sayıqlığını qoruyur. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun  brifinq zamanı bəyan edib.

"NATO özünü regional təşkilat kimi təqdim edir, lakin əslində alyans coğrafi sərhədlərindən kənara çıxaraq genişlənməkdə davam edir. Təhlükəsizlik sahəsində Avrasiya əməkdaşlığını bəhanə gətirərək, NATO öz təsir dairəsini AİP regionuna qədər yayır. Beynəlxalq ictimaiyyət bu prosesi açıq şəkildə görür və region ölkələri bu məsələdə ayıq mövqe nümayiş etdirir", - deyə Çin XİN sözçüsü qeyd edib.
Diplomat, həmçinin, NATO-ya "Çinlə bağlı məsələlərdə manipulyasiyalara son qoymaq" çağırışı edib və Pekinin "suverenlik, təhlükəsizlik və inkişafla bağlı milli maraqlarını qətiyyətlə müdafiə edəcəyini" vurğulayıb. O əlavə edib ki, Çin dünyada sülh və sabitliyin qorunmasına real addımlarla töhfə verməkdə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
40
50
olaylar.az

10Sources