EN

Paşinyan Baqratı Karapetyanın yanına GÖNDƏRDİ

Xəbər verdiyimiz kimi, “Müqəddəs mübarizə” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan “terror aktı hazırlamaq və hakimiyyəti qəsb etmək” ittihamı ilə məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs edilib.

Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, arxiyepiskop Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin binasında yerləşən “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə onun vəkili Sergey Arutyunyan məlumat verib.

Qeyd edək ki, iki gün əvvəl həmin müəssisəyə Samvel Karapetyan da köçürülüb.

Musavat.com

Chosen
7
1
musavat.com

2Sources