EN

50 tibb müəssisəsinin otaqları 2,5 milyon manata təmir olunacaq

BAKI, 25 iyun. TELEQRAF

İnnovasiya və Təchizat Mərkəzi Bakıda yerləşən 50 tibb müəssisəsinin otaqlarında əsaslı təmir işlərinin aparılması üçün 2,5 milyon manatlıq açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 2 milyon 573 min 471 manatdır.

Tenderlə bağlı işlərə şəhərin 50 tibb müəssisəsində rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqların əsaslı təmiri aiddir.

Qeyd edək ki, təchizatçılar təkliflərini təqdim etmək üçün 1000 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 28-nə təyin olunub.

Chosen
65
7
teleqraf.com

10Sources