Bu gün Bakıda çimərlik futbolu üzrə "Star Cup Azerbaijan" turnirinin rəsmi təqdimat mərasimi baş tutub.
Sportal.az xəbər verir ki, tədbirdə təşkilatçılarla yanaşı, fəxri qonaq qismində yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Rafiq Hüseynov da iştirak edib.
Turnirin təşkilatçılarından biri, idman jurnalisti Ağa Dadaşzadə açılış nitqində çıxış edərək, "Star Cup Azerbaijan"ın ölkəmizdə bu formatda keçirilən ilk çimərlik futbolu turniri olduğunu vurğulayıb. O, layihənin məqsədinin idmanın inkişafına töhfə vermək, həmçinin çimərlik futboluna və ümumilikdə idmana olan marağı artırmaq olduğunu qeyd edib.
Daha sonra söz fəxri qonaq və eyni zamanda turnirdə çıxış edəcək "Platinum" komandasının kapitanı Rafiq Hüseynova verilib. O, bu cür layihələrin idmana marağın yüksəlməsi baxımından mühüm rol oynadığını bildirib və turnirin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.
AFFA vÉ™ Su İdmanı Sarayının dÉ™stÉ™yi ilÉ™ keçirilÉ™cÉ™k turnirdÉ™ ulduzlardan ibarÉ™t 4 komanda iÅŸtirak edÉ™cÉ™k. QarşılaÅŸmalar 26 vÉ™ 28 iyun tarixlÉ™rindÉ™ saat 20:00-da baÅŸ tutacaq, final oyunu vÉ™ üçüncülük uÄŸrunda isÉ™ isÉ™ 2 iyulda saat 19:00-dan etibarÉ™n keçirilÉ™cÉ™k. Matçlar Su İdmanı Sarayının É™razisindÉ™ yerləşən Avropa Oyunları Parkında oynanılacaq.Â
Qeyd edək ki, bütün oyunlara giriş sərbəstdir.
saytlarin hazirlanmasi