ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“İranda mövcud hakimiyyət rejimi hakimiyyətə gəldiyi gündən etibarən Qərbin, xüsusilə də Amerikanın gündəmində olub. Bu rejimin devrilməsi ideyası uzun illərdir müxtəlif vasitələrlə gündəmdə saxlanılıb. Zaman-zaman rejimin daxilində – cəmiyyətə bəlli olmayan proseslər baş verib, SEPAH daxilində narazılıqlar və hadisələr müşahidə olunub. Bütün bunlar onu göstərir ki, İranda rejimin dəyişdirilməsi məsələsi həm daxildə, həm də xaricdə daim müzakirə mövzusu olub”.
Bu sözləri Gununsesi.info -ya açıqlamasında politoloq Sədrəddin Soltan bildirib.
“Son 20 ildə İranda baş verən irimiqyaslı etiraz aksiyaları bu prosesi daha da sürətləndirib. Həmin aksiyalar cəmiyyətdə illərlə toxunulmaz sayılan tabuları sındırdı. Etirazçılar Xomeyni və Xamneyinin şəkillərini, Qasım Süleymaninin posterlərini yandırdılar, hakimiyyət əleyhinə və Xamneyiyə qarşı sərt şüarlar səsləndirdilər. Bütün bu hərəkətlər cəmiyyətin içində yığılıb qalan narazılıq və nifrətin artıq açıq şəkildə küçələrdə, meydanlarda ifadə olunmasına səbəb oldu.
Bu hadisələr göstərir ki, cəmiyyətlə rejim arasında dərin uçurum yaranıb və əhalinin siyasi baxımdan aktiv təbəqəsi bu hakimiyyəti qəbul etmir. Məhz buna görə də 2013-cü ildən etibarən həyata keçirilən əməliyyatların əsas məqsədlərindən biri bu rejimi zəiflətmək və sonunda devirməkdir.
İsrailin baş naziri Benyamin Netanyahu da öz çıxışlarında bu mövzuya toxunaraq bildirib ki, Xamneyi rejiminin devrilməsi mümkündür və İran xalqı azadlığa çıxacaq. ABŞ-ın keçmiş prezidenti Donald Tramp da çıxışlarında qeyd edirdi: “Biz liderin harada gizləndiyini bilirik, amma onu hədəf almırıq”.
Bu bəyanatlar onu göstərir ki, Tehran hakimiyyətinə qarşı istənilən vaxt hədəfli addım atıla bilər. Ancaq hələlik əsas məqsəd rejimi devirmək yox, onu danışıqlar masası arxasına oturmağa məcbur etməkdir”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.