"Real"ın hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının qrup mərhələsinin son turunda "Zalsburq"la keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilməyib.
Publika.az xəbər verir ki, fransalı ulduz futbolçu bununla da qrup mərhələsinin bütün matçlarını buraxacaq. O, daha əvvəl "Əl-Hilal" (1:1) və "Pachuka" (3:1) ilə görüşlərdə də iştirak etməyib.
"Zalsburq"la qarşılaşma iyunun 27-nə keçən gecə baş tutacaq.
Qeyd edək ki, Mbappe ötən gün – iyunun 25-də komanda ilə birlikdə ilk dəfə ümumi qrupda məşq edib. O, iyunun 19-da kəskin mədə-bağırsaq infeksiyası (gastrentrit) diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra evə buraxılmışdı.