EN

Kasparovun adı Cənubi Sudan çevrilişinin məhkəmə sənədlərində hallanır


Şahmat ustası Qarri Kasparov Harvard təqaüdçüsü Piter Ayakı 2024-cü ildə Cənubi Sudanda çevriliş cəhdi ilə bağlı ittiham olunan Robert Qranieri ilə tanış edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” məhkəmə sənədlərinə istinadla məlumat yayıb.
Bildirilir ki, bu tanışlıqdan sonra Qranieri Ayak üçün bir neçə milyon dollar vəsait ayırıb. Bu pulla AK-47 avtomatları, qumbaralar və digər silahlar alınaraq Cənubi Sudanda hökuməti devirmək üçün istifadə edilməli imiş.
Qeyd olunur ki, Kasparova qarşı rəsmi ittiham irəli sürülməyib. Onun bu prosesdəki rolu yalnız tanışlıq yaratmaq olub.
Kasparov bildirib ki, o, həyatının böyük bir hissəsini vətəndaş hüquqlarının müdafiəsinə və dünyada demokratiyanın təşviqinə həsr edib.
Bu işdə əsas ittiham olunan şəxslər Piter Ayak və Abraham Kiçdir. Onlar 2024-cü ildə Cənubi Sudana qanunsuz silah tədarükü və hökuməti devirmək məqsədilə sui-qəsddə ittiham olunurlar.
Qeyd edək ki, Qarri Kimoviç Kasparov 1963-cü ildə Bakı şəhərində dünyaya gəlib. O, 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib. 18 yanvar 1990-cı ildə Bakını ailəsi və qohumları ilə birlikdə tərk edib.
Chosen
19
2
yeniavaz.com

3Sources