EN

Tovuzda qidadan zəhərlənən 36 nəfər evə buraxılıb



Tovuz rayonunda dönərdən zəhərləndiyi ehtimal edilən 36 nəfərə tibbi yardımlar göstərilib və daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.

Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Artıq “022” dönər evində agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Chosen
5
15
newscenter.az

10Sources