EN

Braziliyada futbol hakimi oyun zamanı həbs edilib

Braziliya polisi matç zamanı narkotik alveri ilə məşğul olan futbol hakimini həbs edib.

Bu barədə "Globoplay” portalı məlumat yayıb.

San-Paulu ştatının Quaruja şəhərində narkotik alverçilərinin fəaliyyəti ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, hakim Ederson Karlos da Silvanın qrupun fəal üzvü olub.

Xüsusilə, o, bütün ştatı kokainlə təmin edən narkotik şəbəkəsinin logistikasını təşkil etməkdə şübhəli bilinir.
Chosen
13
11
7news.az

10Sources