Amerikanın “OpenAI” şirkətinin mütəxəssislərinin fikrincə, onların gələcək süni intellekt modelləri yeni bioloji silahlar yarada biləcək qədər təkmilləşəcək.
“Cebheinfo.az” xəbər verir ki, şirkət nümayəndələri süni intellektin bioloji tibbi tədqiqatlar və bioloji müdafiə kimi müsbət istifadə hallarına yüksək dəyərləndirir.
“Amma buna baxmayaraq, elmi tərəqqinin təmini və zərərli məlumatlara çıxış arasında tarazlıq yaratmaq vacidbdir”,-deyə vurğulayırlar. Bu “zərərli məlumat” dedikdə, mütəxəssislər süni intellektin bioloji silah yaratmağa kömək etmək qabiliyyətini nəzərdə tutur.
"Laboratoriyalara və həssas materiallara fiziki giriş maneə olaraq qalır, lakin bu maneələr mütləq deyil",- deyə “OpenAI” bildirib.