Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiymətində 0.37 ABŞ dolları və ya 0.51% artım olub.
Hazırda “Azeri Light” neftinin qiyməti 72.49 ABŞ dolları təşkil edir.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.