EN

“AzInTelecom” “Fintex Summit 2025”də iştirak edib (FOTO)

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin dəstəyiilə Bakıda Maliyyə Texnologiyaları Sammiti (Fintex Summit 2025)təşkil olunub.

24-25 iyun tarixlərində keçirilən, bank və maliyyə ekosistemindəyeni trendlər, innovativ həllər, maliyyə texnologiyası mövzularınıəhatə edən tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət göstərənnüfuzlu şirkətlərin, eləcə də yerli qurumların rəhbər şəxsləriiştirak ediblər.

Tədbir ərazisində quraşdırılmış “AzInTelecom” stendindəiştirakçılara SİMA və şirkətin digər rəqəmsal məhsulları ilə bağlıməlumat verilib.

Sammitin ilk günü “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsininmüdiri Tamerlan Məşədihəsənli panel müzakirələrdə SİMAtexnologiyasının maliyyə sektoru üçün üstünlüklərindən danışıb. Obildirib ki, fərdi sahibkarlar üçün “SİMA İmza”nın İnternet Vergiİdarəsinə genişmiqyaslı inteqrasiyası tamamlanıb və hazırdasahibkarlar “6AYPULSUZ” promokudu ilə “SİMA İmza” tətbiqindən 6 aymüddətdə pulsuz istifadə edə bilərlər.

T.Məşədihəsənli SİMA-nın maliyyə sektoru üçün yenixidmətlərindən sayılan “SİMA KYC Videozəng” və“Videoqeydiyyat” həlləri barədə də danışıb. O, bu xidmət sayəsindəmaliyyə qurumlarının vətəndaşların şəxsiyyətini real vaxt rejimindəyüksək dəqiqlik və etibarlılıqla təsdiqləyə bildiyini qeydedib.

Qeyd edək ki, “SİMA KYC” qurumlar və istifadəçilər arasındarəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxtrejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşınşəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiqoluna bilər. “SİMA KYC” ilə bağlı ətraflı məlumatı sima.az saytından və 157Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
Məqalədə:
Chosen
9
10
az.trend.az

10Sources