EN

Dünya çempionatı: İnter Fluminense yə, Monterrey Borussiya Dortmund a rəqib olub

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün Bakı vaxtilə səhər E qrupunda sonuncu turun oyunları keçirilib.

"İnter" 66-cı dəqiqədən azlıqda qalan, 90+5-ci dəqiqədə ikinci qırmızı vərəqə ilə cəzalandırılan "River Pleyt"ə qalib gəlib - 2:0.

Heyətində Serxio Ramosun çıxış etdiyi "Monterrey" isə çətinlik çəkmədən Yaponiyanın "Urava Red" komandasına qalib gəlib - 4:0.

Beləliklə, 7 xalla birinci olan Milan təmsilçisi və 5 xalla ikinci yeri tutan Meksika klubu növbəti mərhələyə yüksəliblər.

1/8 finalda "İnter" "Fluminense" ilə, "Monterrey" isə "Borussiya Dortmund" ilə qarşılaşacaq.

Bu gün G qrupunda da mübarizə başa çatacaq. Hərəyə 6 xalı olan "Yuventus" və "Mançester Siti" qrupda kimin 1-ci yeri tutacağını müəyyənləşdirəcəklər. "Vidad" - "Əl-Əyn" görüşündə isə rəqiblərdən biri və ya elə hər ikisi ilk xallarını qazanacaqlar.

Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtilə saat 23:00-da başlayacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
18
icma.az

10Sources