EN

Marselo Teyşeyra Neymarla yeni müqavilədən danışdı

Braziliyanın “Santos” klubunun prezidenti Marselo Teyşeyra Neymarla müqavilə müddətinin uzadılmasını şəxsən şərh edib.

Arena.az xəbər verir ki, “balıqlar”ın mətbuat xidmətinə açıqlamasında klub prezidenti bunları söyləyib:

“Bu, Braziliya futbolu üçün tarixi və əlamətdar bir gündür, “Santos” azarkeşləri üçün isə hədiyyədir. Bizim bütümüz, bizim oğlanımız, şahzadəmiz, “10” nömrəli köynəyimizi daşıyan bizimlə qalır. Bu, müvafiq yenidənqurma axınında çox vacib bir məqamdır”, – deyə Marselo Teyşeyra bildirib.

Həmçinin “Ney” özünəməxsus surtədə, ulduzlara xas, amma sezilən səmimi bir əda ilə “Santos”la müqaviləsini yeniləməsini şərh edib:

“Mən qərar qəbul etdim və öz ürəyimin səsini dinlədim. “Santos” – mənim sadəcə komandam deyil, bu, mənim evimdir, mənim köklərimdir, mənim tariximdir və mənim həyatımdır. Burada mən kişiyə çevrilmiş oğlan olmuşam, burada məni həqiqətən sevirlər. Burada mən özüm, həqiqətən xoşbəxt ola bilirəm, Məhz burada mən, hələ də karyeramda qalmış öz xəyallarımı gerçəkləşdirmək istəyirəm. Məni heç bir şey dayandırmayacaq. Mən gedirəm, mən qayıdıram – və mən qalıram. Orada ki hər şey başlayıb və heç zaman başa çatmayacaq”, – “Santos”un rəsmi saytı Neymardan sitat gətirir.

“Santos” klub adından Neymarla müqaviləsini yeniləməsini elə, “Ney”in öz dilindən səslənmiş ifadə ilə şərh edib:

“Orada ki hər şey başlayıb. Orada ki heç zaman başa çatmayacaq!”, – “balıqlar”ın mətbuat xidməti “Santos”un rəsmi “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Xatırladaq ki, yeni müqaviləyə əsasən Neymar 2025-ci ilin sonuna kimi “Santos”un uğurları üçün çalışmağa davam edəcək.

Chosen
8
arena.az

1Sources