Rusiya Prezidenti Vladimir Putin Belarusa ikigünlük səfər edəcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Kreml rəhbəri Avrasiya İqtisadi Forumunun iclasında iştirak edəcək.
Bu, Avrasiya İqtisadi İttifaqının (Aİİ) 2025-ci ildə ən yüksək səviyyədə ilk tədbiri olacaq.
Bildirilir ki, 2025-ci ildə Aİİ 10 illiyini qeyd edəcək. Birliyə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.