EN

Əfsanəvi hücumçu A seriyası klubuna rəhbərlik edəcək

Cenoa”nın sabiq çalışdırıcısı Alberto Cilardino “Piza”nın məşqçisi təyin edilib. SİA xəbər verir ki, bu barədə insayder Nikolo Sira məlumat verib. Mütəxəssis iki illik müqavilə imzalayıb – 2027-ci ilin yayına qədə. Müqaviləyə daha bir il uzatmaq variantı daxildir. Onun maaşı ildə 1 milyon avro olacaq. Bu postda Alberto ötən mövsüm komandada çalışmış və 34 ildə ilk dəfə komandanı A Seriyasına çıxarmış Filippo İndzaqini əvəz edəcək. Albertodan başqa Andrea Pirlo və Paolo Zanetti də bu vəzifəyə iddialı idi. Qeyd edək ki, Cilardinonun son iş yeri 2024-cü ilin noyabrında tərk etdiyi “Cenoa” olub.

Chosen
1
2
sia.az

3Sources