"Football-plus.az" xəbər verir ki, portuqaliyalı mütəxəssisin 3 köməkçisi bu yay klubdan ayrılıb və onları başqa məşqçilər əvəzləyib.
''Fənər''dən ayrilanlardan biri - Salvatore Foti İtaliyanın ''Corriere dello Sport'' nəşrinə açıqlamalar verib. Müstəqil məşqçi kimi işləmək istədiyini bildirən Foti Türkiyə futbolu haqda da danışıb:
''Mourinyo həqiqətən də dünya səviyyəli bir fiqurdu. Onun köməkçisi olduqda sanki dünyanın ən məşhur köməkçi-məşqçisinə çevrilirsən. Onun populyarlığını daha yaxşı anlamaq üçün bir dəfə onunla birlikdə Romadakı ''Villa Borgeze'' parkında və ya Romanın mərkəzindəki ispan meydanında gəzməyiniz kifayətdi. Artıq müstəqil məşqçi kimi çalışmaq, öz yolumla irəliləmək istəyirəm. Bunu Mourinyonun özünə də dedim. Onunla birlikdə komandaları təxminən 400 oyuna hazırlamışam. Yəni 400 matçın analizini aparmışam. Fikrimcə, artıq baş məşqçi kimi işləməyə hazıram. Kənardan baxdıqda davalar, çempionatdan çəkilən komandalar, hakimləri döyən klub prezidentləri üzündən Türkiyə futbolu sanki bir cəhənnəmi xatırladır. Amma digər tərəfdən 7-8 güclü komanda var. Stadionlar hər zaman dolu olur. 20 milyon əhalisi olan bir şəhərin 3 komandası eyni anda çempionluq uğrunda mübarizə aparır. Sən qazana bilmirsənsə, rəqibin qazanır. Ötən mövsüm ''Qalatasaray''ın stadionunda, 70 min azarkeşin və 15 min polisin yer aldığı bir derbi matçı keçirdik. Ab-hava çox atəşli olsa da, belə oyunlar əslində səni daha da güclü edir''.