EN

“Hər şeyi müzakirə etdik”

NATO-nun Haaqa Sammiti çərçivəsində Hollandiyada olan Zelenski X hesabında verdiyi açıqlamada orada ABŞ prezidenti Trampla görüşdüyünü bildirib.

Trampla uzun və məhsuldar görüş keçirdiyini ifadə edən Zelenski, “Həqiqətən bütün vacib məsələləri müzakirə etdik”, – deyib.

Dəstəklərinə görə ABŞ və Trampa təşəkkür edən Zelenski Rusiya-Ukrayna müharibəsində atəşkəsin tətbiqi ilə bağlı məsələləri müzakirə etdiklərini qeyd edib və bu açıqlamaları verib: "Biz atəşkəsə və real sülhə necə nail olmağı, xalqımızı necə qoruyacağımızı müzakirə etdik. Sülhün yaxınlaşmasına kömək etməyə marağı və hazırlığı yüksək qiymətləndiririk. Təfərrüatlar gələcək".

***

Zelenski daha sonra “Telegram” hesabında verdiyi açıqlamada Trampla görüşünün yeni təfərrüatlarını paylaşıb.

Görüş zamanı Yaxın Şərqdəki inkişaflardan da danışdıqlarını ifadə edən Zelenski, "Prezident Trampı Yaxın Şərqdəki uğurlu əməliyyata görə təbrik etdim. ABŞ-ın hərəkətlərinin təkcə (İranın) nüvə proqramını deyil, həm də pilotsuz uçuş aparatlarının istehsalını zəiflətməsi vacibdir", – deyib.

Görüşdə Rusiyanın hava hücumlarının qarşısını almaq üçün Ukraynanın ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemləri alması məsələsinin də müzakirə edildiyi barədə məlumat paylaşan Zelenski, "Ukrayna bu avadanlığı almağa və Amerika silah istehsalçılarını dəstəkləməyə hazırdır. Avropa da kömək edə bilər. Pilotsuz uçan aparatların birgə istehsalı haqqında da danışdıq", – deyib.

Rusiya ilə Ukrayna arasında İstanbulda aparılan danışıqlar nəticəsində baş verən əsir mübadiləsi və dəfn mübadiləsi ilə bağlı Trampı məlumatlandırdığını bildirən Zelenski, Rusiya tərəfinin Ukraynaya göndərdiyi cəsədlər arasında rus əsgərlərinin də cəsədlərinin olduğunu iddia edib.

Trampla görüşündə cəbhədəki son hadisələri də müzakirə etdiklərini vurğulayan Zelenski, “(Rusiya prezidenti Vladimir) Putin qətiliklə qalib gəlmir”, – deyib.

Chosen
8
vaxt.az

1Sources