EN

Nanotexnologiyada inqilab

Çin 2022-2023-cü illər arasında dünyada ən çox robot istehsal edən ölkə oldu. Üstəlik, bu, Çinin öz rekordundan bir qədər geri qalır. Hazırda ölkədə 450 mindən çox robototexnika şirkəti fəaliyyət göstərir. “Morgan Stanley”ə görə, 2028-ci ilə qədər bu sahədə ən böyük payı pilotsuz uçuş aparatları (dronlar) təşkil edəcək.

Bu tərəqqinin ən parlaq nümunələrindən biri Çinin ən nüfuzlu hərbi tədqiqat müəssisəsi olan Milli Müdafiə Texnologiyaları Universitetində (HUDT) hazırlanmış yeni nəsil mikro dronlardır. Bunların arasında xüsusilə diqqət çəkən model, ağcaqanad ölçüsündə, eni cəmi 1,3 santimetr olan nano drondur.

İki kiçik qanadı və üç iynəyə bənzər ayağı olan bu noxud boyda cihaz demək olar ki, adi gözlə görülməyəcək qədər kiçikdir. İnkişaf qrupunun tələbəsi dövlət mediasına müsahibəsində belə bionik mini robotların kəşfiyyat və xüsusi tapşırıqlar üçün, xüsusən də döyüş meydanlarında ideal olduğunu bildirib.

Hərbi məqsədlər üçün hazırlansa da, ekspertlər belə dronların tibb, ətraf mühitin monitorinqi və fəlakətlərə qarşı mübarizə kimi mülki sahələrdə də böyük potensiala malik olduğunu bildirirlər.

Bu nano dronla yanaşı, Çin dövlət mediası smartfonla idarə olunan dörd qanadlı hərbi pilotsuz uçan aparatı və 155 mm-lik artilleriya mərmisi ilə buraxıla bilən başqa bir modeli də təqdim etdi. Bu ikinci dron dərhal 10 kilometrə qədər məsafələrə göndərilə bilər.

***

Bu kiçik cihazların istehsal dəyəri, batareyanın ömrü və uçuş müddəti kimi texniki detallar hələlik məlum deyil. Lakin Çinin bu sahədə sürətli irəliləyişi onun Qərb müdafiə sənayesi nəhənglərinə sürətlə yaxınlaşdığını göstərir.

ABŞ istehsalı olan “Teledyne Black Hornet 4” və “Vantage Robotics Trace” kimi rəqib modellərin uçuş müddəti təxminən 30 dəqiqədir, lakin onların ölçüləri santimetrlə deyil, düymlərlə ölçülür.

Bu mikro dronların Çin ordusunun aktiv inventarına nə vaxt daxil olacağı hələ dəqiq deyil. Bununla belə, keçən il təqdim edilən və 100 pilotsuz uçan aparat daşıya bilən 4000 kilometrlik “dron ana gəmisi” nümunəsinə əsasən, bu yeni nano dronların 2026-cı ildə Çin Xalq Azadlıq Ordusu tərəfindən istifadə ediləcəyi gözlənilir.

Chosen
10
vaxt.az

1Sources