EN

Lukaku Bruynenin transferindən danışdı: Bu, xoş olmaya bilər

“Napoli”nin hücumçusu Romelu Lukaku “Mançester Siti”dən ayrılaraq İtaliya klubuna keçən Belçika millisindəki komanda yoldaşı Kevin De Bruynenin transferini şərh edib.

Publika.az xəbər verir ki, o, həmyerlisinin keçidi haqqında bu sözləri deyib:

“Kevin bizə qoşulduğu üçün sevincliyəm. O, məhz “Napoli”nin növbəti addımı atması üçün çatışmayan hissə idi. Biz təzəlikcə çempion olduq və yalnız titulu qorumaq yox, daha da güclənmək istəyirik.

Biz bu haqda millidə bir neçə dəfə danışdıq. O bir dəfə zəng də etmişdi. Mən də ona buradakı vəziyyəti izah etdim, ev axtarışı və digər şeylər barədə danışdım. Drisslə birlikdə (Mertens) Kevinə düzgün seçim etməsi üçün əlimizdən gələni etdik.

Chosen
11
publika.az

1Sources