EN

Türkiyəli nazir: Zəngəzur dəhlizinin açılmasını istəyirik

BAKI. 26 iyun. TELEQRAF

"Rusiya, Azərbaycan, İraq və İrandan gələn alternativ enerji ehtiyatları böyük əhəmiyyət kəsb edir. İsrail-İran müharibəsi zamanı Hörmüz boğazı bağlansaydı, bütün dünya bundan təsitlənəcəkdir. Türkiyənin ssenariləri var idi. Anbarlarımızda öz ehtiyaclarımızı ödəyə biləcək qədər təbii qaz vardı. Amma təsdiq etdik ki, gələcək üçün daha çox tədbir görməliyik".

Bunu "Haberturk"ə müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, müharibə Türkiyənin hava nəqliyyatına təsirsiz ötüşməyib: "Türkiyəyə gələn turistlərin 3,5-4 milyonu İrandandır. Bunda azalma ola bilər. Ərəb ölkələrindən Qara dəniz bölgəsinə gələn turistlərin sayında da müəyyən azalmalar ola bilər".

Nazir bildirib ki, Uzaq Şərqdən Qərbə avtmobil yolu, dəmir yolu, neft-qaz kəmərləri uzanır. Rusiyadan keçən Şimal dəhlizi, Süveyş kanalından keçən dəhliz var. Bundan başqaÖzbəkistan-Qazaxıstan-Özbəkistan-Azərbaycandan gələn dəhliz var, biz də oradayıq. Xətt təkmilləşdirildikdən sonra hava nəqliyyatından sonra ən sürətli xətt olacaq. Bunu inkişaf etdirməyə ehtiyac var. Biz də onu hər keçən gün inkişaf etdiririk. Digər tərəfdən, biz alternativ olaraq Zəngəzur dəhlizinin açılmasını istəyirik. Şimal dəhlizinin tutumu hazırda Orta dəhlizdən yüksəkdir. Biz Orta dəhlizə böyük sərmayə qoyuruq. Bir dəhlizdəki yükü digər dəhlizə ötürmək deyil, artan yükü öz üzərinə götürməyə hazır olmaqdır. Bu, Orta dəhliz üçün böyük qazanc olacaq".

Chosen
97
50
teleqraf.com

10Sources