EN

İngiltərə U-21 yığması Avropa çempionatının finalına yüksəlib

İngiltərənin U-21 millisinin futbolçuları Slovakiyada keçirilən 2025-ci il Avropa çempionatında finala vəsiqə qazanıblar.

90deqiqe.Az xəbər verir ki, Bratislavada baş tutan yarımfinal görüşündə ingilislər Niderland yığmasına 2:1 hesabı ilə qalib gəliblər.

Qələbədə əsas pay sahibi “Liverpul”un futbolçusu Harvi Elliott olub. O, 62-ci və 86-cı dəqiqələrdə vurduğu qollarla dubl edib. Niderlandın yeganə qoluna 72-ci dəqiqədə Noa Oqayo imza atıb.

İngiltərə finalda Almaniya–Fransa qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Digər yarımfinal matçı bu gün, 25 iyun tarixində Moskva vaxtı ilə saat 22:00-da keçiriləcək.

Qeyd edək ki, İngiltərə U-21 yığması hazırda yarışın son çempionudur. 2023-cü ildə Rumıniya və Gürcüstanda keçirilən Avropa çempionatının finalında ingilislər İspaniyanı 1:0 hesabı ilə məğlub edərək kuboku qazanmışdılar.

Chosen
49
8
90deqiqe.az

9Sources