EN

40 yaşlı əfsanə belə məşq edir – VİDEO

“Los Anceles Leykers”in lider Lebron Ceyms mövsümdənkənar məşqinin necə keçdiyini göstərib.

Publika.az xəbər verir ki, 40 yaşlı əfsanənin driblinq və atış bacarıqlarını nümayiş etdirən video sosial şəbəkədə yayılıb.

Milli Basketbol Assosiasiyasının (NBA) yenicə başa çatan mövsümündə Ceyms 75 oyunda iştirak edib, orta hesabla 24,5 xal, 7,9 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Leykers” ötən mövsüm pley-offa vəsiqə qazanıb və burada ilk turda “Minnesota Timbervolves”ə uduzub (seriyada 1-4).

Chosen
10
publika.az

1Sources