ABŞ-ın Case Western Reserve Universiteti və Klivlend Klinikasının alimləri immun sisteminə çoxlu müxtəlif mutasiyaları daşıyan xərçəng hüceyrələrini tanıyıb aradan qaldırmağı öyrədən nanohissəciklərdən istifadə edərək dərman hazırlayırlar.
Heyvanlar üzərində aparılan ilk təcrübələr peyvəndin xəstəliyin tam sağalmasına kömək etdiyini göstərdi. İndi alimlər klinik sınaqlara hazırlaşırlar.
Həm müalicə, həm də yüksək risk altında olan insanlarda mədəaltı vəzi xərçənginin inkişafının qarşısını almaq üçün istifadə ediləcəyi gözlənilir.
Əli Babayev