EN

Messi ilə görüşdən danışdı: Meydanda dost yoxdur!

ain.az bildirir, Sfera.az portalına istinadən.

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami”yə qarşı keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.

Sfera.az xəbər verir ki, o, bu sözləri deyib:

“Messi ilə yenidən görüşmək xoş olardı. Biz birlikdə bir çox gözəl anlar yaşadıq. Amma meydanda dostluq olmur. O, qələbə qazanmağa çalışacaq, biz də eləcə. Növbəti mərhələyə yüksəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, ABŞ təmsilçisinin heyətində Hakiminin sabiq komanda yoldaşı Lionel Messi çıxış edir. PSJ – “İnter Mayami” oyunu 29 iyun tarixində, Atlantada baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
2
sfera.az

3Sources