Bakı. Trend:
"Eurofighter Typhoon" döyüş təyyarələrinin alınması ilə bağlıBöyük Britaniya və Almaniya ilə aparılan danışıqlar müsbətistiqamətdə davam edir.
Trend xəbər verirki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nunHaaqa sammitindən sonra keçirilən mətbuat konfransında açıqlamaverib.
“Həm Böyük Britaniya, həm də Almaniya ilə görüşlərimiz olub,bunu edirik və bununla bağlı müsbət irəliləyişlər var”, – deyəƏrdoğan bildirib.
Qeyd edək ki, Türkiyə daha əvvəl "Eurofighter Typhoon"qırıcılarının alınması üçün müvafiq tərəflərlə danışıqlarapardığını bəyan etmişdi.