EN

Yasamalda qəbiristanlıqda yanğın söndürüldü

Bakı şəhərinin Yasamal rayonunda qəbirstanlıq ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu haqda Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbirstanlıq ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Chosen
13
13
redaktor.az

10Sources