EN

Tramp: Putin Ukrayna münaqişəsini bitirmək istəyir

ABŞ prezidenti Donald Tramp NATO sammitinin yekunlarına dair keçirdiyi brifinqdə Rusiya prezidenti Vladimir Putinin Ukraynada münaqişəni bitirmək istədiyinə əmin olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“O, bu məsələni yoluna qoymaq, bu vəziyyətdən çıxmaq istəyir”, – deyə Tramp bildirib.

Amerika liderinin sözlərinə görə, Putin İran məsələsində kömək təklif edib, lakin Tramp ona cavab olaraq bildirib ki, Rusiya lideri “Ukrayna ilə Rusiya arasındakı münaqişənin həlli ilə bağlı kömək edə bilər”.

Chosen
19
50
nocomment.az

10Sources