EN

Tramp gələn həftə İranla danışıqlara gedəcəyini açıqladı

BAKI. 25 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin gələn həftə İranla nüvə proqramı üzrə danışıqlara başlamağı və mümkün razılığa gəlməyi planlaşdırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə NATO sammitindən sonra Haaqada keçirilən mətbuat konfransında danışıb.

“Baxın, biz gələn həftə İranla danışıqlara gedəcəyik, bəlkə bir müqavilə imzalayaq,” - deyə Tramp bildirib.

O əlavə edib ki, əldə ediləcək razılaşmanın varlığı onun üçün əsas məsələ deyil: “Biz onların nüvə proqramını məhv etmişik".

Prezident vurğulayıb ki, qarşıdakı danışıqlarda ABŞ-ın mövqeyi dəyişməz qalacaq: “Biz yalnız əvvəllər xahiş etdiyimiz eyni şeyi tələb edəcəyik - İranda nüvə silahı istəmirik.”

Mətbuat konfransında çıxış edən ABŞ Dövlət katibi Marko Rubio isə bildirib ki, Vaşinqton istənilən ölkə ilə sülh münasibətləri qurmaqda maraqlıdır. Onun sözlərinə görə, bu proses birbaşa danışıqlar üçün İranın iradəsindən asılı olacaq:

“Bu şübhəsiz ki, İranın yalnız sülh danışıqlarında iştirak etməyə deyil, birbaşa ABŞ-la dialoq aparmaq istəyi ilə bağlıdır,” - deyə Rubio qeyd edib.

Chosen
48
50
teleqraf.com

10Sources