EN

Mareska: “Çelsi”nin məqsədi dünya səkkizliyinə düşməkdir”

“Çelsi”nin baş məşqçisi Entso Mareska FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 3-cü turunun “Esperans”la oyununu (3:0) şərh edib.

Arena.az “The Athletic” dərgisinə istinadən, 45 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz çox razıyıq. “Flamenqo”ya məğlubiyyətdən (1:3) sonra, qələbə vacib idi – bu, bizə qalib zehniyyətini təsis etməyə kömək edir. Komandam özünü layiqli surətdə təzahür etdirdi, indi isə növbəti oyuna diqqət cəmləmək olar”.

Marseka “zadəganlar”ın həmçinin yarışın 1/8 final mərhələsinə vəsiqə qazanmasını da şərh edib:

“Bu, bizim üçün vacibdir, çünki bu yarışda 32 komanda iştirak edir, indi isə 16 komanda. Klublar var ki, məsələn, Madrid “Atletiko”su kimi, son beş və ya altı ildə Çempionlar Liqasının finalında oynayıblar, indi isə onlar artıq, İspaniyadadırlar. Odur ki, biz qürur duymalı və xoşbəxt olmalıyıq. İndi bizim məqsədimiz – 16 işitrakçı arasından ilk səkkizliyə düşməkdir”, – ESPN şəbəkəsi italyan mütəxəssisindən sitat gətirir.

Üç turdan sonra “Çelsi”nin yer aldığı “D” qrupunun yekun yarış cəvəli belə mənzərə yaradır:

  1. “Flamenqo” – 7 xal;
  2. “Çelsi” – 6 xal;
  3. “Esperans” – 3 xal;
  4. “Los-Anceles” – 1 xal.

1/8 final mərhəəsində “Flmenqo” “Bayern”lə, “Çelsi” isə Portualiya nəhəngi “Benfika” ilə qarşılaşacaq.

Chosen
18
arena.az

1Sources