EN

Ərdoğan: Hədəfimiz tərəflərin konkret addımlar atmasıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ukrayna ilə bağlı İstanbul prosesi atəşkəs üçün “imkan pəncərəsi” açıb və Türkiyənin məqsədi tərəflərdən konkret addımlar görməkdir.

NOCOMMENT.az xəbər verir ki, o, bunu NATO-nun Haaqa sammitində iştirakından sonra keçirilən mətbuat konfransında deyib.

“Ukraynada və Rusiyada dağıntılar və insan tələfatı artır. Biz müharibənin ədalətli sülhlə başa çatması üçün intensiv səylərimizi davam etdiririk. Biz vasitəçiliyə İstanbulda başladıq”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan qeyd edib ki, İstanbul prosesi atəşkəs və sülhə nail olmaq üçün imkan yaradıb. Onun sözlərinə görə, Türkiyənin gözləntisi tərəflərin konkret addımlar atmasıdır.

Chosen
20
nocomment.az

1Sources