EN

Mikki Mausa baxmağa gələnlər ölüm qrupu ndan çıxaraq 1/8 finala yüksəldilər Aleks Telles

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Klublararası dünya çempionatının 1/8 finalında "Bayern Münhen"lə üz-üzə gələcək "Flamenqo"nun cinah müdafiəçisi Aleks Telles komandasının 1/8 finala yüksəlməsi barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:

"Bu bizik. Bəzilərinin sözlərinə görə, Disneylenddə Mikki Mausa baxmağa gələnlər "ölüm qrupu"ndan çıxaraq 1/8 finala yüksəliblər. Ortaya qoyduğumuz nəticə insanların gördüyü işə əyani sübutdur".

Qeyd edək ki, "Flamenqo" "Bayern" ilə iyunun 29-da Mayamidəki "Hard Rok" stadionunda qarşılaşacaq.

Nihat 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
18
fanat.az

10Sources