EN

Tramp: Ukraynadakı vəziyyət düşündüyümdən daha mürəkkəbdir

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynadakı vəziyyət əvvəlcədən təsəvvür ediləndən daha mürəkkəb olub və münaqişəni bir günə bitirəcəyi ilə bağlı verdiyi vəd sadəcə “sarkazm” olub, bu sözlər sözün əsl mənasında başa düşülməməlidir.

NOCOMMENT.az xəbər verir ki, onun bu fikirləri NATO sammiti çərçivəsində Haaqada keçirilən mətbuat konfransında səsləndirilib və The Washington Post (WP) tərəfindən yayımlanıb.

Tramp eyni zamanda Rusiya lideri Vladimir Putini “çox çətin insan” kimi xarakterizə edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə münasibətlərində müəyyən çətinliklərin olduğunu qeyd edib.

Chosen
31
50
nocomment.az

10Sources